
Created & organised by Casa Azerbaiyán & Game On Barcelona
Barcelona Football Experience 2027
Executive Leadership
Proqram Təşkilatçıları
Proqram müddətində iştirakçılar 24/7 Casa Azerbaiyán və Game On Barcelona komandasının nəzarəti və müşayiəti altında olurlar. Yaşayış, şəxsi nəqliyyat, şəhər proqramı, ekskursiyalar və gündəlik koordinasiya daxil olmaqla bütün təşkilati proses tərəfimizdən idarə olunur.
Məqsədimiz valideynlərə tam rahatlıq, iştirakçılara isə təhlükəsiz, nəzarətli və unudulmaz Barcelona təcrübəsi təqdim etməkdir.
Casa Azerbaiyán — Azerbaijani Society in Barcelona (ASB) təşəbbüsü ilə 2017-ci ildə Barselonada yaradılmış və zamanla Azərbaycan icmasının İspaniyadakı əsas mədəni və ictimai platformalarından birinə çevrilmiş mərkəzdir. ASB və Casa Azerbaiyán illər ərzində mədəniyyət, təhsil, gənclər proqramları, icma fəaliyyəti və yerli qurumlarla əməkdaşlıq sahəsində geniş təcrübə qazanıb.
Game On Barcelona — fəaliyyətinə İspaniyada başlayan və gənc futbolçular üçün fərdi, strukturlaşdırılmış futbol imkanları təqdim edən layihədir. Akademiyalar, futbol düşərgələri, sınaqlar və inkişaf proqramları vasitəsilə hər bir oyunçu üçün uyğun və real inkişaf yolunun qurulmasına dəstək verir. İspaniya əsas fəaliyyət istiqaməti olmaqla, Game On öz futbol şəbəkəsini və imkanlarını Portuqaliyada da mərhələli şəkildə genişləndirir.
Proqramın keyfiyyətini, fərdi yanaşmanı və iştirakçılara göstərilən diqqəti qorumaq üçün yer sayı məhduddur.
Proqram haqqında ətraflı məlumat almaq, mövcud yerləri dəqiqləşdirmək və iştirak üçün müraciət etmək üçün Casa Azerbaiyán & Game On Barcelona komandası ilə əlaqə saxlaya bilərsiniz.
Bİrbaşa WhatsApp Əlaqəsİ və Fərdİ Koordİnator Dəstəyİ:
+34 624 93 81 01 | ASb@azsocietybcn.org | contact@gameonbarcelona.com
© 2027 Casa Azerbaiyán & Game On Barcelona. All rights reserved.































